Moskva narahatdır: Rusiyaya güclü hava zərbələri endiriləcək

Moskva narahatdır: Rusiyaya güclü hava zərbələri endiriləcək
Rusiyaya qarşı sürətli qlobal zərbə və eyni zamanda bir neçə kütləvi raket və hava zərbəsi ilə başlayan hava-dəniz və ya hava-quru əməliyyatı başlaya bilər.
Bakupost.az xəbər verir ki, bu barədə "Hərbi düşüncə" jurnalı bildirib.

Rusiya Müdafiə Nazirliyi tərəfindən nəşr olunan jurnalın müəlliflərinin sözlərinə görə, hazırda xarici ekspertlər yeni tipli hərbi birləşmələrin yaradılmasını nəzərdən keçirirlər. Söhbət “birləşmiş əməliyyat qruplaşmaları"ndan gedir. Buraya spesifik kompakt, yüksək dərəcədə mobil və çoxluəlaqəli qoşun qrupları daxildir.
Qeyd olunur ki, birləşmiş əməliyyat qruplaşmaları düşmənin hərbi-sənaye və inzibati-siyasi infrastrukturuna çevik zərbə vurmaq və onu hərtərəfli məğlubiyyətə uğratmaq imkanına malik olacaq.
“Bu cür birləşmələrdən istifadənin ən çox ehtimal olunan formaları hava-dəniz və hava-yer kampaniyalarıdır. Çox güman ki, bu kampaniyalar hava əməliyyatları ilə, xüsusən də sürətli qlobal zərbə və bir neçə kütləvi raket və hava zərbələri ilə başlayacaq”, - ekspertlər qeyd ediblər.
Onların fikrincə, aviasiyadan döyüş əməliyyatlarının əvvəlində istifadə olunacaq. Çünki bu, döyüş şəraitinə ən çox uyğunlaşa bilən və manevr edə bilən qoşun növüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...