Rusiyadan Elman Paşayevə daha bir zərbə
Sentyabr ayında Rusiyada dələduzluqda ittiham edilərək saxlanılan azərbaycanlı vəkil Elman Paşayevin şirkət hesabları üzrə əməliyyatlar bloklanıb.
Gundeminfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Vəkilin oğlu Elvin Paşayevin hissə sahibi olduğu iki şirkətin əməliyyatlarının bloklandığı açıqlanıb. Onun qənnadı məmulatlarının satışı ilə məşğul olan bir şirkətdə 33 faiz hissəsinin olduğu bildirilir. Elvin Paşayev həm də ictimai təşkilat rəhbəridir.
Məlumata görə, hər iki şirkət aktiv fəaliyyət göstərir. Lakin onun vergi bəyannaməsini müddət bitdikdən sonra 20 iş günü ərzində vergi orqanına təqdim etməməsi səbəbindən şirkətlərin əməliyyatı dayandırıb.
Bundan əlavə, keçmiş vəkilin oğlu hazırda atasının 25,2 min rubldan çox vergi borcu olan hüquq firmasına rəhbərlik edir. Ümumilikdə Eman Paşayevin 39 milyon rubldan çox borcu olduğu bildirilir.
Qeyd edək ki, E.Paşayev iki aydır Rusiyada həbsdədir. Ona qarşı dələduzluq maddəsi ilə ittiham sürülsə də, sonradan digər cinayətlərdə də iştirakının araşdırılması üçün saxlanılma müddəti uzadılıb.
Globalinfo.az
44 dəfə oxundu