ABŞ-da qadınlar Trampa qarşı etiraza qalxdılar

ABŞ-da qadınlar Trampa qarşı etiraza qalxdılar


Vaşinqtonda qadınların yürüşü keçirilir. ABŞ-ın hər yerindən zərif cinsin minlərlə nümayəndəsi Donald Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıblar.

Yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz edirlər.

“Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.

Minlərlə qadın yürüşdə iştirak edir, hüquq və azadlıqları uğrunda mübarizəni davam etdirəcəklərini bildirirlər. Analoji yürüşlər Vaşinqtondan başqa ABŞ-ın və dünyanın yüzlərlə şəhərində qadınların hüquqlarına dəstək olaraq keçirilir. (Azərtac)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...