Diktator 23 illik hakimiyyətdən sonra ölkədən qaçdı

Diktator 23 illik hakimiyyətdən sonra ölkədən qaçdı

Afrika ölkələrindən biri olan Qambiyada hakimiyyət dəyişikliyi baş verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1994-cü ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gələnə Yahya Jammeh Qvineyaya qaçıb.

Bildirilir ki, 2015-ci ildə ölkəni İslam dövləti elan edən Yahya Jammeh son prezident seçkilərində əsas rəqibi olan Adam Barrova rəsmən məğlub olub. Lkin o, seçkilərdə saxtakarlıq edildiyini iddia edib və hakimiyyəti təhvil verməkdən boyun qaçırıb. Qambiyada vətəndaş müharibəsinin başlayacaını görən qonşu Qərbi Afrika dövlətləri buraya ordu göndərib və Y.Jammahın dinc yolla prezident kürsüsünün təhvil verməsinə və ölkədən çıxmasına şərait yaradıb.

Bu gecə təyyarə ilə Qambiya paytaxtını tərk edən diktatorun Ekvatorial Qvineyada sürgün həyatı yaşayacağı qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...