ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu

ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu

Yanvarın 22-də ABŞ-ın Corciya ştatında tüğyan edən qasırğa 15 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olub. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, əhaliyə ştat ərazisində qasırğanın olacağı barədə yanvarın 21-də xəbərdarlıq edilib. Qasırğa nəticəsində Corciya ştatında ölənlərin 7-si müvəqqəti sığınacaqlarda məskunlaşan insanlardır. Yanvarın 21-də isə qasırğa nəticəsində Missisipi ştatında dörd nəfər həlak olub.

Şiddətli qasırğanın sürətinin saatda 218 kilometr olduğu bildirilir. Təbii fəlakətlə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Ştatın qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib. Məlumata görə, təbii fəlakət Luiziana, Alabama və Texas ştatlarında da fəsadlar törədib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...