ABŞ psixoloqları Trampın ağıl xəstəsi olduğu qənaətinə gəliblər

ABŞ psixoloqları Trampın ağıl xəstəsi olduğu qənaətinə gəliblər


Donald Tramp hakimiyyətə gəldiyi 11 gün ərzində dünyanın əsas mövzusuna çevrilib.

Qəbul etdiyi ziddiyyətli qərarlar sayəsində az qala bütün tərəqqipərvər dünya onun əleyhinə çevrilib.

Tramp prezident kürsüsünə oturduğu qısa bir müddət içində öz ölkəsində reytinq anti-rekordunu vurmağı belə bacarıb.

“Donald Trampın iştirakı ilə keçirilən “realiti-şou” gözləntiləri yanltmır. Oval kabinetdə qurulan kameralar canlı efirdə Trampın ilk addımlarını və prezident fərmanlarını translyasiya edir. Bütün dünya onun tvitterdəki akkauntunun ritmində yaşayır”, - Fransanın “Le Figaro” qəzetinin yazarı Adrian Dezüen yazır.

Ağ Evin yeni sahibinin öz qərarlarını sağlam məntiq və düşüncə ilə qəbul etməməsini düşünənlərın sayı çoxalıb.

Trampın bəzi müsəlman ölkələrindən olan şəxslərin ABŞ-a girişinin qadağan edilməsi barədə verdiyi fərman da bu cür fikirləşən insanların və ekspertlər üçün əlavə dəlilə çevrilib.

“Hədəf olaraq Suriya, İraq və İran vətəndaşlarının seçilməsi ümumiyyətlə anlaşılmazıdır. Çünki hər üç ölkə Trampın məhv etmək istədiyi İŞİD-lə mübarizə aparır. Səudiyyə Ərəbistanı kimi ölkələrin Trampın qadağası altına düşməməsi isə Çeyni-Ramsfeld dövrünün şizofreniyasını xatırladır. Bir yandan guya cihadçılarla mübarizə aparılır, digər yandan isə onların hərbi-iqtisadi sponsorları ilə əməkdaşlıq davam etdirilir”,- Dezüen yazır.

İndi hamı fikriləşmələdir ki, bundan sonra Avropa iki canavar, iki postfaşist klounun əsarəti altındadır”,-müəllif istehza ilə qeyd edir.

İsveçrənin “Tagesanzeiger” qəzeti ABŞ-ın “İndependent” qəzetinə istinadən bir çox amerikalı psixoloqların ABŞ prezidentinin şəxsiyyət pozğunluğunun xüsusi forması sayılan bədnam narsissizmdən əziyyət çəkdiyini hesab etdiyini yazır.

“Campbell's Psychiatric Dictionary” psixiatrik lüğətin tərifinə görə “bədnam narsissizm dedikdə narsissizm, şəxsiyyətin antisosial pozğunluğu, aqressiya və sadizmin qarışığı başa düşülməlidir.

“Donald Tramp təhlükəli psixi xəstəliyə tutulub və prezident kürsüsündə oturmağa tutmağa layiq deyil”,- psixoterapevt və yuxarıda adı çəkilən terminin müəllifi Con. D. Qartner bildirir.

Qartner US News-un proqramında xəstəliyin müalicəsinin mümkün olmadığını da söyləyib.

Trampın seçilməsindən sonra isə ABŞ-ın minlərlə psixoloqu “Psixiatrlar trampizmə qarşı” (Citizen Therapists Against Trumpism) hərəkatında birləşiblər.

Hərəkat Trampın psixoz vəziyyətini təsvir edən cəhətlərin sadalandığı manifest yayıblar.

Manifestdə “siyasətdə günah keçisinin aranması, immiqrantlar və dini azlıqlar da daxil olmaqla insanların bütöv qruplar halında qovulması; rəqiblərinin və tənqidçilərinin məsxərəyə qoyulması və təqib edilməsi; güclü şəxsiyyətə pərəstişliyin təbliğ edilməsi kimi əlamətlərin Trampın psixoz vəziyyətinə tam uyğun gəldiyi göstərilir.

Ekspertlərin fikrincə, diaqnozun özü deyil, onun Trampa göstərdiyi təsir daha təhlükəlidir.

Amerikalı doktor Cul Fetrell “New York Daily News” qəzetinə verdiyi müsahibədə “narssisizmin Trampın gerçəkliyi qəbuletmə qabiliyyətinə təsir göstərdiyini, bu səbəbdən məntiqlə prezidenti yola gətirməyin mümkün olmadığını” söyləyib.

Bundan başqa, hələ dekabrda ABŞ-ın psixiatriya üzrə 3 professoru prezident Barak Obamaya müraciət edərək Trampı tibbi və neyropsixiatrik müayinəyə göndərməyi xahiş etdikləri ortaya çıxıb.

Həkimlər “yüksək lovğalıq, təhqirlərə və tənqidlərə hiperhəssaslıq və impulsivlik, habelə fantaziya və reallıq arasında fərqi müəyyən edə bilməmək kimi xüsusiyyətlərin Trampda müşahidə olunduğunu qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...