Putin 16 generalı işdən çıxardı

Putin 16 generalı işdən çıxardı


Rusiya prezidenti Vladimir Putin FHN, DİN və İstintaq Komitəsinin 16 generalının vəzifəsindən kənarlaşdırılması barədə fərman imzalayıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 16 general vəzifəsindən, onlardan ikisi isə hərbi xidmətdən xaric edilib.

Siyahıda Qaraçay-Çərkəz Respublikasının daxili işlər naziri, general-leytenant Aleksandr Aqafonov, Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri və xüsusi birləşmələrin departament rəhbəri, polis general-mayoru Kazimir Bataşevinin də adı var.

Kadr dəyişikliyinin səbəbləri barədə hələlik məlumat verilmir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...