Apple şirkətinin baş direktoru Trampa qarşı çıxdı
"Miqrantlar olmasaydı, Apple olmazdı"
Apple-nın baş direktoru Tim Kuk (Tim Cook) ABŞ prezidenti Donald Trampın müsəlman qadağası ilə bağlı yürütdüyü siyasətə münasibətini bildirib.
Musavat.com ındependent.co.uk-ə istinadən xəbər verir ki, ötən gün Tim Kuk Qlazqo Universitetinin fəxri doktoru mükafatını alıb və tədbirdən sonra 1100 tələbənin iştirak etdiyi müzakirədə bir-sıra məsələlər barədə, xüsusən də Tramp administrasiyasının müsəlman miqrantlarla bağlı siyasətinə dair öz fikrini bildirib.
Söhbət zamanı o, Apple-də çalışanlara Trampın fərmanından sonra yazdığı məktub barəsində danışarkən bildirib ki, immiqrasiya olmasaydı, Apple da olmazdı. O tələbələrə üzünü döndərib və deyib: "Biz fərman imzalanandan sonra gördük ki, fərman dərhal tranzitdə olan şəxslərə şamil edildi. Bizim iş vizası olan nə qədər miqrant çalışanımız var. Onlar ABŞ-da olmaqdan məmnundurlar, ailələrini gətiriblər və bəzən işlə əlaqədar ezamiyyətdə olurlar. Fərman imzalandıqdan sonra isə onlar geri dönə bilmədilər. Siz təsəvvür edə bilirsinizmi, bu bir böhrndır və bu yenidən baş verə bilər".
Martin Lüteri kumiri hesab edən Kuk onun "yaxşı insanlar səssiz olarsa problem olar" sitatını gətirərək deyib: "Əgər biz durub buna səsimizi çıxarmasaq, bu o deməkdir ki, hamımız razıyıq. Apple şirkətinin mərhum qurucusu Stiv Cobsun da miqrant oğlu olduğunu və şirkətin beyni hesab olunan nə qədər miqrantın orada çalışdığını öz çıxışında vurğulayan Kuk qeyd edib ki, nə özü, nə də Apple aktivist deyil, sadəcə olaraq bəzi hərəkətləri dərin biliyə malik olduqları və yaxud güclü mövqedə olduqları üçün etdiklərini və bundan utanmadıqlarını deyib. "Səsimiz titrəyənə qədər öz fikrimizi hər zaman açıq söyləyəcəyik",- Kuk bildirib.
Qeyd edək ki, Trampın fərmanından sonra Apple-nın baş direktoru məktub yazıb və deyib: "Bu bizim dəstəklədiyimiz siyasət deyil. Miqrantlar olmasaydı, Apple olmazdı".
869 dəfə oxundu