Trampın qərarlarının riskə məruz qoyacağı ölkələr açıqlandı – Siyahı

Trampın qərarlarının riskə məruz qoyacağı ölkələr açıqlandı –


“Fitch” beynəlxalq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın yeni iqtisadi siyasətindən ən çox mənfi təsirə məruz qalacaq ölkələrin adını açıqlayıb

“Report” “Fitch”ə istinadən xəbər verir ki, bu siyahıda 12 ölkə və 2 region yer alıb.

Agentlik hesabatında bildirib ki, Tramp administrasiyası beynəlxalq iqtisadi şərtlər və qlobal kredit bazarı üçün risk təşkil edir. Belə ki, məlumatda ABŞ-ın proteksionist iqtisadi siyasəti dəstəkləməsinin onunla ticarət münasibətlərində olan bir çox ölkənin gələcək iqtisadi vəziyyətinə təsir edəcəyi qeyd olunub.

Hesabatda bildirilir ki, Trampın qərarlarının risk təşkil etdiyi ölkələr siyahısında Almaniya, Kanada, Yaponiya, Çin, Meksika, Hollandiya, İngiltərə, Honduras, Nikaraqua, Qvatemala, Salvador, Braziliya, Şərqi Asiya və Mərkəzi Avropa bölgəsi ölkələri yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...