Müxalifət Sarkisyana qarşı birləşdi

Müxalifət Sarkisyana qarşı birləşdi


İrs və Birlik partiyaları, həmçinin Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan, parlament seçkilərində birgə iştirak edəcək.

AzVision.az xəbər verir ki, bunu Armenpress-ə müsahibəsində İrs partiyasının sədr müavini Armen Martirosyan bildirib ki, təşkilat kollegiya iclası zamanı Seyran Ohanyan Vardan Oskanyan ittifaqında birləşməyi qərara alıb.

“Üç xadim, Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovhannisyan birləşirlər və ölkədə vəziyyətin dəyişdirilməsi üçün ümumi mübarizəyə qoşulurlar”- deyə Martirosyan bildirib.

O həmçinin vurğulayıb ki, “İrs” partiyasından deputat Zarui Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək: “O, qarşıdakı seçkilərdə iştirak etmək üçün ittifaqa qarşı çıxdı”

Qeyd edək ki, bu gün "İrs", "Birlik" partiyaları və Seyran Ohanyan qarşıdakı seçkilərdə iştirak etməsi ilə bağlı memorandum imzalanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...