Donald Tramp və NATO-nun Monteneqro sınağı - hər kəs Rusiyaya qarşı qəti addımlar gözləyir

Donald Tramp və NATO-nun Monteneqro sınağı -


Əgər Vaşinqton bir tədbir görməzsə bütün Şərqi Avropa Rusiyanın qucağına düşəcək...

Britaniyanın “Sunday Telegraph” qəzeti Putini Monteneqroda dövlət çevrilişi törətməkdə ittiham edib. Qəzetin bildirdiyinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun çevrilişdə ittiham olunanlardan biri ilə çəkdirdiyi şəkil bunu deməyə əsas verir.

Xəbər verildiyi kimi, Kreml tərəfidən öyrədilən bir qrup dəstə polis forması geyinərək və avtomatlarla silahlanaraq parlamentin binasına girib hər kəsi, o cümlədən baş nazir Milo Cukanoviç öldürməliymiş.

Sui-qəsdin əsl məqsədi isə Monteneqronun NATO-ya girməsini əngəlləmək olubmuş.

Qəzetlərin yazdığına görə, həbs edilən sui-qəsdçilərin üzərindən kriptotelefonlar- xüsusi alqoritmik şifrəyə malik smartfonlar da götürülüb. Bu telefonlardan Monteneqroda, Serbiya və Rusiyada istifadə edildiyi aşkara çıxıb. Həmin telefonların şifrələrinin açılması zamanı aşkar olunan telefon danışıqlarında sui-qəsdin yüksək rütbəli rusiyalı məmur tərəfindən idarə olunduğu müəyyən edilib.

Monteneqro müdafiə naziri Predraq Boskoviç də sui-qəsdi planlayan serb millətçilərinin Rusiya kəşfiyyatı tərəfindən maliyyələşdirilməsinə şübhə etmədiyini bildirib.

Hazırda faktla bağlı iki Rusiya vətəndaşı axtarışa verilib.

Bütün bunların üstündən xarici işlər naziri Sergey Lavrovun sui-qəsdçilərdən biri ilə Belqradda çəkilmiş fotoqrafları ortaya çıxıb. Bu Monteneqronun uzun müddətdən bəri Serbiyadan təhvil verilməsini tələb etdiyi Nemanya Ristiçdir.

Bir çoxlarının fikrincə, bu foto əslində mətbuata qəsdən ötürülüb və Rusiya tərəfindən dünyaya “yaxşı eləyirəm” mesajından başqa bir şey deyil.

Rusiyanın Monteneqroya bu qədər diqqət verməsinin arxasında bir çox strateji hədəf durur.


ABŞ-da çıxan “Time” jurnalının yazdığına görə, NATO 620 min əhaliyə malik Monteneqronu alyansa daxil etməsi halında Aralıq dənizinin şimalından Cəbərültariqə qədər bütün limanlara nəzarət etmiş olacaq.

“Time”in versiyasına əsasən, Putin bu faktı Balkanlardan və Qara dənizdən Böyük Britaniyaya qədər imperiyanı yenidən dirçəltmək məqsədi yolunda ən böyük təhdidlərdən biri olaraq gözdən keçirir.

“Deyəsən, bu mübarizənin ən vacib cəbhəsi qərb cinahında, yəni ABŞ-da baş verir. Son üç ay ərzində ölkə daxili rəhbərlik içində ABŞ-ın Rusiyaya qarşı dirənmək, yoxsa Şərqi Avropanı yenidən Rusiyanın ağuşuna təslim etməklə bağlı ciddi müzakirələr gedir. Əgər ikinci variant seçilsə, Rusiya Trampın ümid etdiyi kimi ABŞ-ın İŞİD-lə mübarizəsinə qoşula, nüvə arsenalını azalda və Çinə qarşı müttəfiqlik edə bilər”, - “Time” yazır.

Qəzetin versiyasına görə, Monteneqro bu alverdə istifadə edilə biləcək ən böyük tikələrdən biri ola bilər.

Cəmi iki minlik ordusu olan bu kiçik dövlət Roma imperiyasından 3-cü Reyxə qədər bir çox imperiyaların əlində olub. Bundan başqa, Monteneqro ilə sərhəddə dənizə olan bütün çıxışlarını itirən, revanşizm hissləri ilə alışıb yanan, qatı millətçilik havasına girən və Rusiyadan hərtərəfli yardım göstərilən Serbiya kimi təhdidkar dövlət dayanıb. Bu səbəbdən Monteneqro öz təhlükəsizliyinin təminatını NATO-ya girməkdə görür. Alyansın 28 üzv dövlətindən 24-ü artıq üzvlüklə bağlı müqaviləni ratifikasiya edib.

Qalan dövlətlər ABŞ, Kanada, İspaniya və Hollandiyadır.
Trampın müəmmalı mövqeyi monteneqroluları artıq ciddi şəkildə təlaşlanmağa sövq edib.

“Əgər Putin Trampdan Monteneqronu alyansa qəbul etməməsini xahiş etsə və buna görə nələrisə güzəş etməyə hazır olduğunu bildirsə, biz nə olacağını deyə bilmərik”, - Monteneqro parlamentinin üzvü Neboyşa Medoyeviç narahatlığını ifadə edib.

“Monteneqronun isti dərin limanları Putinin gözündə xüsusi qiymətə malikdir. Hər kəsə məlum olduğu kimi, o, strateji maraqlarının olduğu yerdə hər şeyə getməyə hazırdır”, -Time yazır.

Qəzetin yazdığına görə, Kreml öz niyyətlərində ciddi olduğunu Avropanın ən böyük dövlətlərindən birinə (Ukrayna) hücum edərək ondan torpaq qoparması ilə artıq sübut edib.

Putinin hərbi müdaxilə qorxusu artıq neçə vaxtdır Baltikyanı ölkələrin başları üstündə hərlənir.

Bundan başqa, Putin Moldova, Bolqarıstan və Macarıstanda hökumətlərini öz tərəfinə çəkməyi bacarıb.
Qərb analitiklərini düşəncəsinə görə, əgər Monteneqro NATO-ya üzv qəbul edilməzsə, bu, Trampın Rusiya ilə çox arzuladığı böyük sazişi qəbul etdiyi və Şərqi Avropanın bütün ölkələrinin Rusiyanın işğalı altına keçməsi anlamına gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...