Avropada radiasiya kabusu dolanır
Qərb hökumətləri hələ ki təhlükənin varlığını gizlədirlər
“Avropada müəmmalı radioaktiv parıltılar müşahidə edilir və heç kim bu barədə heç nə bilmir”.
Musavat.com xəbər verir ki, bununla bağlı informasiya “İndependent” qəzetinin yazarı Endryu Qriffinin məqaləsində qeyd olunub.
“Qəzetin yazdığına əsasən, “antropogen mənşəli İod-131 radioaktiv maddəsi Avropanın müxtəlif yerlərində kiçik parçalar halında tapılıb.
Hakimiyyət orqanlarının dediyinə görə, onu ilk dəfə yanvar ayının əvvəllərində Norveçin şimalında tapıblar və həmin vaxtdan bəri bu parçalar Avropanın qalan hissələrinə tədricən yayılmaqdadır”, - qəzet yazır.
İlk belə radionuklid (radioaktiv izotop-red.) Norveçin şimalında Rusiya ilə bir neçə yüz metr sərhəddə Svanxovd stansiyasında aşkar edilib.
Bundan sonra radiaktivlik Finlandiyanın Rovaniemi şəhərində müşahidə olunub. İki həftə ərzində radioizotopların izləri Avropanın digər rayonlarında - Polşa, Çexiya, Almaniya, Fransa və İspaniyada müəyyən olunub.
Norveç hüquq-mühafizə orqanları maddənin aşkar olunması faktını yalnız son günlərdə etiraf ediblər. “Yəqin ki, bu maddənin hardan gəldiyinin və ya necə yayılmasının hələ də bəlli olmaması ilə əlaqədardır”, - Qriffin yazır.
“Svanxovddakı radiasiya dərəcəsi olduqca aşağı idi. Çirklənmənin dərəcəsi insanlar və texnika üçün heç bir təhlükə törətmir, buna görə onu yaymağa lüzum bilmədik”, - Norveçin Astrid Liland radiolokasiya nəzarət xidmətinin nümayəndəsi bunu belə izah edib.
Məqalədə qeyd ounur ki, məsələ o qədər ciddiləşib ki, “ABŞ maddənin mənbəyini müəyyənləşdimək üçün Avropanın üzərindən uçan təyyarələr belə göndərib”.
“Konspiroloqlar radiasiyanın Norveçin şimal hissəsində tapılmasını Rusiyanın keçirdiyi gizli atom sınaqları ilə əlaqələndirirlər”, - müəllif qeyd edir.
İod-131 xərçəng xəstəliyinin bir sıra növlərinin və digər xəstləiklərin müalicəsi məqsədilə istifadə olunur. Bu maddənin aşkar olunduğu forma onun xüsusi olaraq hissələrə ayrıldığını göstərir. Bu isə dərman preparatları istehsal edən hansısa zavodda sızıntının baş verdiyi və zavodun faktı hakimiyyət orqanlarına çatdırmaması ehtimalını ortaya qoyur”, - məqalədə qeyd olunur.
Məqalə müəllifi Fransanın Radiasiya müdafiəsi və atom təhlükəsizliyi institutuna istinadən (İRSN) maddənin tərkibinin miqdarı hazırda insanların həyatı üçün heç bir təhlükə törətmədiyini vurğulayıb.
836 dəfə oxundu