Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir


Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun sərəncamına əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.

Gundeminfo.az Virtualaz.org-a istinadən xəbər verir ki bu, rəsmi məzənnə ilə 11,5 dollara, “qara bazar”ın məzənnəsi iləsə 5,7 dollara bərabərdir.

Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib.

Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara “Ene Məhri” medalı təqdim olunacaq.

Mənbə onu da əlavə edir ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi dəqiqləşdirilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...