Palmira şəhəri İŞİD terrorçularından geri alındı

Palmira şəhəri İŞİD terrorçularından geri alındı

Rusiya Hərbi-Kosmik Qüvvələrinin yaxından iştirakı ilə Suriya hökumət ordusu Palmira şəhəri üzərində nəzarəti bərpa edib.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, şəhərdən geri çəkilən İŞİD terrorçuları yolları və binaları minalayıblar. Rusiya Müdafiə Nazirliyindən bildirildiyinə görə, şəhəri tərk edərkən barbarlar mümkün olduğu qədər tarixi memarlıq abidələrini dağıtmağa çalışıblar.

Hadisə yerindən xəbər verən jurnalistlərin sözlərinə görə, Palmira amfiteatrının səhnəsinin mərkəzi hissəsi dağıdılıb. Bundan başqa, hərbçilər bəzi sütun və dağıntılar arasında kabellərə rast gəliblər. Həmin kabellər quraşdırılacaq partlayıcı vasitələr üçün nəzərdə tutulsa da, terrorçular bu vasitələri yerləşdirməyə imkan tapmayıblar.

Hazırda xüsusi təyinatlılar şəhərin girişində müdafiə mövqelərini möhkəmləndirirlər. Şəhərin şimal hissəsində terrorçuların tör-töküntüləri ilə döyüşlər davam edir, atışma səsləri eşidilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...