Türkiyə Avropaya qarşı ayağa qalxdı

Türkiyə Avropaya qarşı ayağa qalxdı


Türkiyə Respublikasının hörmətli prezidenti 4 milyon türkün yaşadığı Avropa haqda “İstəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram”, - deyə çıxış edib.

Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı Xəbərtürk TV-yə açıqlamasında deyib.

“Hörmətli prezident əgər Avropaya getməyə qərar veribsə, hamı bilsin ki, o, tək deyil. MHP sədri olaraq, mən də onunla birlikdə Avropaya gedərəm. Türk dünyasının əhəmiyyətli bir hissəsini təşkil edən Avropada yeni bir türk ruhunu ortaya qoymaq üçün hörmətli prezidentin yanındayam”, - Baxçalı bildirib.

Qeyd edək ki, Almaniyada türk nazirlərin çıxışı qadağan edildikdən sonra Avstriya Baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan edilməsini təklif edib. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən açıqlama ilə çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...