FİFA Blatterin dindirilməsinə imkan vermədi

FİFA Blatterin dindirilməsinə imkan vermədi

Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ Senat Komissiyasının təçkilatın prezidenti Yozef Blatterin dindirilməsi ilə bağlı sorğusunu rədd edib. Bu barədə azvision.az "Reuters"ə istinadən xəbər verir. "Biz cənab Blatterin şahid ifadələrini almaq üçün FİFA-ya müraciət etdik. Lakin təşkilat bundan imtina etdi", - deyə senator Cerri Morananın nümayəndəsi Harrett Terner bildirib.
Terner təşkilatın hansı səbəbdən Blatterin dindilməsindən imtina etdiyini açıqlamayıb. Qeyd edək ki, iyunun 2-si FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib. Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini deyib.


Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Blatterin istefa qərarı FİFA-da gözlənilməz olub. Çünki Blatter mayın 29-u keçirilən prezident seçkilərində sayca üçüncü dəfə FİFA prezidenti seçilmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...