Ermənistanda cinayətkar aləmin "Çuqun"u öldürüldü

Ermənistanda cinayətkar aləmin "Çuqun"u öldürüldü


Ermənistanda cinayətkar aləmdə "Çuqun" adı ilə tanınan 35 yaşlı Artur Ovannisyan həyat yoldaşı və qızının gözü qarşısında güllələnib. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. "Çuqun"un qaynı hadisənin şahidlərindən sayılır. Məlumata görə, o, atəş açılanda Artur Ovannisyanın maşınında oturubmuş. Ona görə də yeznəsini qətlə yetirənin kimliyini bildiyi ehtimal edilir. Xəbərdə bildirilib ki, hadisədən bir neçə gün öncə Artur Ovannisyanla "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının deputatı Abraam Manukyanın oğlu Artur Manukyan (o həm də İrəvanın keçmiş polis rəsi Nersik Nazaryanın kürəkənidir) arasında münaqişə olub.

Deputat Abraam Manukyan oğlunun adının Artur Ovannisyanın qətlində hallanmasını "şər, böhtan" adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...