Saakaşvili Gürcüstana getmək istəmir

Saakaşvili Gürcüstana getmək istəmir


“Heç kim ittihamları ciddi hesab etmir”.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili çoxsaylı ittihamlar üzrə məhkəmə qarşısına çıxmaq üçün Gürcüstana getməyə hazırlaşmadığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Saakaşvili BBC-yə verdiyi müsahibəsində bildirib. Saakaşvilinin fikrincə, Gürcüstanda ona qarşı irəli sürülmüş ittihamların heç biri heç kim tərəfindən ciddi qəbul edilmir.


“Mən bunu etməyə hazırlaşmıram və ən əvvəl ona görə ki, ATƏT-in məlumatına əsasən Gürcüstanda istintaq altında olanların hüquqları pozulur. Orada həbsxanalarda mənim administrasiyamın üzvləri oturub, hər biri də il yarımdır ki, ordadır, halbuki, qanuna müvafiq olaraq istintaq altında olanların həbs cəzası 9 aydan yuxarı olmamalıdır”, - Saakaşvili bəyan edib. Arqument qismində isə Saakaşvili onun hakimiyyəti dövründə Gürcüstanın biznes aparmaq üçün rahat ölkələr siyahısında 137-ci yerdən onun yardımı ilə 8-ci yerə qədər çıxarılmasını göstərir. Siyasətçi həmçinin əlavə edib ki, onun Ukraynada o qədər işi var ki, Gürcüstan haqqında düşünməyə zamanı yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...