Kadırov arvadına xəbərdarlıq etdi "boşayacam"

Kadırov arvadına xəbərdarlıq etdi "boşayacam"


Ramzan Kadırov Çeçenistandan xaricdə istehsal edilən qida məhsullardan imtina etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o, bu haqda "v kontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb. Çeçenistan lideri Qudermesdə uşaq qida məhsulları istehsal edən kombinata gedəndən sonra belə bir qərara gəldiyini qeyd edib. "Mən hamıya bildirirəm ki, bu gündən sonra əgər bir qida məhsulu Çeçenistanda istehsal edilirsə, onun xarici ölkədə istehsal edilən analoqu mənim masamda olmamalıdır", - deyən Kadırov əks halda həyat yoldaşı Mendini boşayacağını bildirib.

"Düzdü, bu sözlərə görə anam məni çox danladı. Elə qapının ağzındaca o məni danlamağa başladı ki, "niyə belə zarafat edirsən?" Mən isə bunun zarafat olmadığını deməyə cürət edə bilmədim. Onu başı aşağı dinlməyə məcbur qaldım", - deyə Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...