ABŞ-da hərbçiləri güllələyən Muhəmməd: "Həyat əzablıdır"

ABŞ-da hərbçiləri güllələyən Muhəmməd:


ABŞ-da 1 polis və 4 hərbi dənizçini güllələmiş şəxs əslən küveytli, 24 yaşlı Muhəmməd Yusuf Əbdüləzizdir.

Gülləbaran ABŞ-ın Tennesi ştatındakı Çattanuqa şəhərində, Hərbi-Dəniz Qüvvələrinin Rekrut və Əməliyyatlara Dəstək Mərkəzində olmuşdu. Muhəmməd əslən küveytli olsa da, ABŞ vətəndaşıdır. Federal Təhlükəsizlik Bürosundan verilən açıqlamaya görə, bu şəxsin beynəlxalq terror təşkilatları ilə əlaqələri aşkarlanmayıb.

Atışmada Muhəmməd Yusuf Əbdüləziz, habelə 4 nəfər həlak olub. 3 nəfər, o cümlədən polis zabiti yaralanıb.
Küveytli gəncin amerikalı hərbçilərə hücum etməsinin səbəbləri bəlli deyil. O, bloqunda iyulun 13-də yazmışdı: "Həyat qısa və əzablıdır. Buna görə də müsəlmanlar canlarını Allaha fəda etmək imkanlarını əsla əldən verməməlidir. Qardaşlar və bacılar - özünüzü aldatmayın!"


Rekrut mərkəzinə boz rəngdə "Ford Mustang" avtomobilində yollanan Muhəmməd giriş qapısında polis zabiti Dennis Pediqonu görəndə ona atəş açıb. Polis zabitini güllələyəndən sonra Mühəmməd içəri keçib və qarşısına çıxan hər kəsə atəş açıb.
Tennesi Universitetinin elektrotexnika fakültəsini 2012-ci ildə bitirmiş Muhəmməd qətlə yetiriləndən sonra xüsusi təyinatlı polislər onun ailəsinin evinə yollanıblar. Hikson şəhərindəki evdə iki hicablı qadın polisə aparılıb.
Muhəmməd Yusuf Əbdüləziz qaydasız döyüşlə (MMA) də məşğul olub./Milli.Az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...