Kataloniyalı tələbələr aksiya keçirirlər: "Satqın, biz müstəqillik istəyirik!"

Kataloniyalı tələbələr aksiya keçirirlər:

Barselona şəhərində tələbələr kütləvi etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqilliyini elan etməyi tələb edən tələbələr San Jaume meydanında Barselona meriyası və jeneralitet (Kataloniya hökuməti) binalarının önünə toplaşıblar. Burada yaxın dəqiqələrdə Kataloniya hökumətinin sədri Karles Puçdemonun bəyanat verəcəyi gözlənilir.

Əllərində ekstelada - "müstəqil" Kataloniyanın qeyri-rəsmi bayrağını tutan tələbələr "Satqın!", "Biz respublika istəyirik!", "Müstəqillik!" şüarları səsləndirirlər.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...