Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu tutuldu

Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu tutuldu
Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu saxlanılıb. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib. O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb.

İ. Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər.
O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...