Vitali Kliçko korrupsiya işində şübhəli bilinir

Vitali Kliçko korrupsiya işində şübhəli bilinir

Ukraynanın Milli Antikorrupsiyaya Agentliyi (MAA) Kiyev şəhərinin meri Vitali Kliçkonu korrupsiyada şübhəli bilir. Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.

Agentliyin diqqətini V.Kliçkonun Kiyevin əsas tikinti icraçıları olan şirkət nümayəndələri ilə özəl təyyarədə uçduğundan bəhs edən jurnalist araşdırması çəkib.

Agentlik həmçinin V.Kliçkonun rəsmilərin hədiyyələr almaqla bağlı qadağanı poza biləcəyini hesab edir. Bu maddəyə görə maksimum cəza tədbiri kimi cərimə nəzərdə tutulur. KİV MAA-nın hazırda faktiki sübutlar topladığını və bunun nəticəsində inzibati xətanın olub-olmadığına qərar veriləcəyini yazıb. Kiyev meri noyabrın 2-də dindiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...