Səudiyyədə 2-ci həbs dalğası - 800 milyard müsadirə olunacaq
Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters mənbəsinə istinadən məlumat yayıb. Saxlanılanlar arasında siyasət və iş dünyasına yaxın şəxslərin olduğu bildirilir. Həmin şəxslərin 2011-ci ildə ölən vəliəhd şahzadə Sultan bin Əbdüləzizin ailəsi ilə əlaqələri olduğu iddia edilir.
Polis nəzarətinə götürülənlər arasında yüksək vəzifəli idarəçilər və rəsmilər də var.
Qeyd edək ki, ötən həftə saxlanılanlar arasında 11 şahzadə, 4 nazir və iş adamları da vardı. Onlar hazırda Riyaddakı beşulduzlu oteldə mühasirədədirlər.
Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən şahzadələr və məmurların 800 milyard dollara yaxın sərvətini müsadirə etmək niyyətindədir. Bu barədə isə The Wall Street Journal öz mənbəsinə istinadən məlumat yayıb
Vəsaitlərin böyük hissəsi ölkə xaricində olduğu üçün həmin pulların ölkəyə gətirilməsi çətin ola bilər. Lakin qəzet yazır ki, bu məbləğin bir hissəsi belə ölkənin maliyyə durumunu yaxşılaşdıra bilər.
1109 dəfə oxundu