Avropa Birliyinin İranda ofisi açılacaq

Avropa Birliyinin İranda ofisi açılacaq

[s
ize=3]Avropa Birliyinin Tehranda ofisinin açılması məsələsi İranın Xarici İşlər Nazirliyinin gündəmindədir.

Axar.az xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran ilə Avropa ölkələrinin münasibətlərinin qədim tarixi var.

İranın birinci vitse-prezidenti deyib: “İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur. Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa Birliyinin Tehranda ofisinin açılmasını zərurətə çevirib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...