ABŞ-ın müdafiə naziri: “Biz Suriyadan asanlıqla çıxmayacağıq”

ABŞ-ın müdafiə naziri: “Biz Suriyadan asanlıqla çıxmayacağıq”
“Prinsipcə BMT bizə İŞİD-i ovlamağa icazə verib”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Pentaqon başçısının sözlərinə görə, BMT-nin terrorçu İŞİD-ə qarşı qəbul etdiyi qətnamə ABŞ-ın Suriya ərazisinə girməsi üçün hüquqi əsas verir: “Biz orada İŞİD-i məhv etmək üçün mövcuduq. Ancaq, bu o demək deyil ki, biz oradan (Suriyanı nəzərdə tutur – “Report”) belə asanlıqla çıxacağıq. Biz istəmirik ki, Suriyadan çıxandan sonra orada yenidən ikinci İŞİD ortaya çıxsın və bizdə özümüzü buna heyrət edən kimi aparaq. Ona görə də Suriyada münaqişənin siyasi yolla tənzimlənməsi, danışıqların irəliləməsi üçün BMT-nin başçılığı altında Cenevrə danışıqlarını gücləndirmək lazımdır. Bizim istəyimiz budur”.

İnformasiyaya əsasən, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın Suriya ərazisində hərbi əməliyyatlar aparmasına icazə verməyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ və Rusiyanı Suriyadakı qoşunlarını çıxarmağa çağırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...