Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.

"Qaynarinfo" xəbər verir ki, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladları 1998-ci il təvəllüdlü Nurlan İsrafil oğlu Allahverdiyevə baş çəkmək üçün ora gediblər.

Onların qaldığı evdə qaz partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Nurlan və onun valideynləri xəstəxanaya yerləşdirilib. N.Alllahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.

Bu gün Nurlanın meyiti Azərbaycana göndəriləcək. Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...