Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı


Zimbabve prezidenti Robert Muqabe çərşənbə günü ordunun hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

BBC xəbər verir ki, o, paytaxt Hararedə keçirilən bir tədbirdə iştirak edib. Cənab Muqabe bir neçə gündür ev həbsində idi.

Hərbiçilər cümə günü bildirib ki, onlar cənab Muqabe ilə məsləhətləşirlər və “mümkün qədər tez” nəticələri elan edəcəklər. Reuters agentliyi şahidlərdən birinə istinadən yazır ki, Muqabe tədbirdə çıxış edib və iştirakçıların alqışları ilə qarşılanıb.

Məlumatlara görə, Zimbabve prezidenti dərhal istefa verməyəcəyini bildirib. Həftənin 3-cü günü ölkə ordusunun ev dustağı etdiyi 93 yaşlı Muqabeni kimin əvəz edəcəyi mübahisə mövzusudur. Muqabe ilə regional diplomatlar və ordu rəhbərliyi arasında son danışıqların necə bitməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Ancaq mənbələr bildirirlər ki, o, istefa vermək istəmir. Bundan əvvəl müxalifət lideri Morgan Tsvangirai bildirmişdi ki, Muqabenin “yubanmadan istefa verməsi xalqın marağındadır”. Prezident Muqabe vitse-prezident Emmerson Mnangagvanı ötən həftə vəzifəsindən azad etdikdən, xanımı Grace Muqabeni hakim partiyanın rəhbərliyinə gətirdikdən sonra ordu hərəkətə keçib.

BBC-nin Zimbabvedəki müxbiri Andrew Hardinq deyib ki, əgər president rəsmi şəkildə istefaya getsə, bu, ordunun dramatik müdaxiləsinə qanuni don geyindirilməsinə kömək edərdi. BBC müxbiri bildirib ki, küçələrdə Muqabenin postunda qalmasını dəstəkləyən adam tapmaq çətindir. Ancaq keçid dövrünün necə olacağı barədə müzakirələr və razılaşmalar vaxt apara bilər.

İndi Hararedə nə baş verir? Bu, aydın deyil.

Yayılan fotolar göstərir ki, prezident Muqabe ordu rəhbəri Gen Constantino Chivenga və iki Cənubi Afrika İnkişaf Birliyinin iki səfiri ilə Hararedə Dövlət evində görüşüb. Onların arasında görüşə vasitəçilik edən Roman Katolik keşişi, Muqabeni illərdi tanıyan Ata Fidelis Mukonori da olub. Mənbələr bildiriblər ki, Muqabe yaxın illərdə planlaşdırılan seçkidən əvvəl könüllü istefaya getmək fikrindən uzaqdır. “Düşünürəm ki, o, vaxt qazanmaq istəyir”,ordu rəhbərliyindən biri AFP xəbər agnetliyinə bildirib.

Bəzi müşahidəçilər işarə edirlər ki, Muqabe bəlkə də istefasından əvvəl özünün və ailəsinin təhlükəsizliyinə zəmanət almağa çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...