İstanbulda əməliyyatda İŞİD üzvü olan xarici vətəndaşlar saxlanıldı

İstanbulda əməliyyatda İŞİD üzvü olan xarici vətəndaşlar saxlanıldı

İstanbulda polis bu gün İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirib. Trend-in məlumatına görə, şəhər polisinin yaydığı xəbərdə həyata keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatının 62 üzvünün saxlanıldığı qeyd olunub.

Məlumata görə, saxlanılanlar xarici vətəndaşlardır. Onların milli mənsubiyyəti barədə isə məlumat verilməyib.

Qeyd olunur ki, əməliyyatlar bir neçə ünvanda eyni zamanda aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...