Hicablı tələbəni McDonalds-dan qovdular- İŞÇİLƏR ONA XİDMƏT ETMƏKDƏN İMTİNA EDİBLƏR

Hicablı tələbəni McDonalds-dan qovdular-

Londondakı McDonalds-da dini ayrı-seçkilik edilib. Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, Londondakı McDonalds-da işçilər restorana daxil olan müsəlman qadından hicabını soyunmağı tələb ediblər. Onlar qadının qarşısına ya hicabını soyunmağı, ya da restoranı tərk etməsi şərtini qoyublar.

İşçilər ona xidmət etməkdən imtina ediblər. Bu anları 19 yaşlı hicablı tələbə mobil telefonu ilə kameraya çəkib. O, videonu Tvitter-ə yükləyərək yazıb: “Mən niyə McDonalds-a girə bilmərəm? Hicab bağladığıma görə?”
Qeyd edək ki, şirkət müştəridən üzr istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...