Avakov Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb

Avakov Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb
Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: “Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Maydana toplaşmağa çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1058 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...