“YPG Rəqqada olduğu kimi Mənbicdə də İŞİD-lə anlaşıb” – sensasiyalı açıqlama

“YPG Rəqqada olduğu kimi Mənbicdə də İŞİD-lə anlaşıb” –

Bünövrəsini YPG terror təşkilatının təşkil etdiyi SDQ ilə İŞİD arasında əldə olunan razıəlaşmaya əsasən xeyli sayda İŞİD üzvünün silahları və sursat doldurulmuş konvoylarla şəhəri tərk etdiyi faktı üzə çıxmışdı.

Avropa.info xəbər verir ki, keçən ay Türkiyəyə qaçan SDQ-nin mətbuat katibi Talal Silo Rəqqada olduğu kimi Mənbicdə də İŞİD-lə əldə olunan razılaşmaya əsasən 2000 İŞİD-çinin şəhərdən çıxışına icazə verildiyini iddia edib. O, bu barədə “Times” qəzetinə danışıb.

Silo SDQ-nin İŞİD üzvlərinə buraxılış vəsiqəsi satdığını da iddia edib:

“Mənbicdsən 2000-ə yaxın silahlı qaçdı. Onlar orşəhərdən çıxarkən orada idim. SDQ komandirlərindən sənəd ala bildilər. SDQ aşağı vəzifəli İŞİD silahlılarına öz nəzarətlərində torpaqlarda sərbəst gəzə bilmələri üçün 200 dollara sənəd satıb. Yüksək vəzifəli İŞİD-çilər isə daha çox pul ödəyib”.

Silo daha əvvəlki açıqlamalarında terror təşkilatı YPG-nin ABŞ rəhbərliyində İŞİD-lə Mübarizə üzrə Kolaisiyanın xüsusi nümayəndəsi Bret Makqurkun istəyi ilə SDG-yə çevrildiyini iddia etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...