FED-in iclası fonunda dollar ucuzlaşır
Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) ikigünlük iclası fonunda dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır.
"APA-Economics" xəbər verir ki, hazırda 1 avro 1,7773 dollaradək bahalaşıb. Ötən ticarət sessiyasının sonunda Avrozonanın vahid valyutasının məzənnəsi 1,1769 dollar təşkil edib.
Dolların Yaponiya yeninə nisbətən məzənnəsi 113,48 yenədək zəifləyib. Bundan öncəki ticarət sessiyasının sonunda bu göstərici 113,56 yen olub.
Bununla yanaşı, dolların indeksi (ABŞ valyutasının 6 əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi) 0,06% möhkəmlənərək 93,93 bəndə çatıb.
Treyderlərin diqqəti FED-in sabah başa çatacaq ikigünlük iclasına yönəlib. Gözlənildiyi kimi, bundan öncə baş tutan iclasda tənzimləyici uçot dərəcəsini dəyişməyərək illik 1-1,25% səviyyəsində saxlayıb. İnvestorlar isə uçot dərəcəsinin artırılmasını gözləyir. "CME Group" hesab edir ki, uçot dərəcəsi 1,25-1,5% qədər artırılacaq.
İnvestorlar hesab edir ki, FED rəhbəri sabah yekunlaşacaq iclasın ardından baş tutacaq ənənəvi mətbuat konfransında mülayim tonda çıxış edərsə, dollar təzyiq altına düşə bilər.
Qeyd edək ki, dekabrın 14-də İngiltərə Bankının və Avropa Mərkəzi Bankının da iclası keçiriləcək.
821 dəfə oxundu