“Trampın müşavirinin iddiaları əsassız və qəbuledilməzdir” – Türkiyə XİN

“Trampın müşavirinin iddiaları əsassız və qəbuledilməzdir” –

Türkiyə XİN ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri general H.R. Makmasterin iddialarına cavab verib. Avropa.info xəbər verir ki, Trampın müşaviri Türkiyə və Qətəri “Müsəlman qardaşlar” kimi radikal təşkilatlara dəstək verməkdə ittiham etmişdi.

Türkiyə XİN-nin cavab bəyanatı: “Dünən Vaşinqtonda bir beyin mərkəzində keçirilən konfransda ABŞ milli təhlükəsizlik müşaviri H.R.Makmasterin ölkəmizi və hökumətimizi hədəf seçən ifadələrdən istifadə etməsini təəssüflə qarşılayırıq. Ölkəmizin terrorizm və radikalizmlə hər miqyasda necə mübarizə apardığını ən yaxşı bilməsi lazım olan vəzifəni tutan milli təhlükəsizlik müşaviri Makmasterin həqiqətlə əlaqəsi olmayan iddiaları heyrətverici, əsassız və qəbuledilməz mahiyyətdədir.

Dost və müttəfiq kimi görməyə davam etdiyimiz ABŞ-ın ölkəmizə eyni münasibəti göstərməsini və hər nə simada olur-olsun YPG kimi terror təşkilatlarına dəstəyi kəsərək, ənənəvi müttəfiqlik münasibətlərimiz və beynəlxalq konvensiyalara uyğun şəkildə ölkəmizin qətiyyətlə davam etdirdiyi terrorizm və radikalizmlə mübarizəsinə daha təsirli dəstək verməsini gösləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...