Putin: "Rusiyada "Maydan" hərəkatının Ukrayna ssenarisinə imkan vermərik"
"Rusiyada "Maydan" hərəkatının Ukrayna ssenarisi yolverilməzdir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında prezidentliyə namizəd, jurnalist Kseniya Sobçakın martda keçiriləcək seçkilərdə rəqiblərlə bağlı verdiyi sualı cavablandırarkən bildirib.
"Müxalifət müsbət addımların olduğu aydın proqramla çıxış etməlidir. Siz hamının əksinə gedirsiz? Nə təklifiniz var?" - deyə Putin Sobçakdan soruşub.
O həmçinin qeyd edib ki, müxalifətin proqramı yoxdursa və onlar hakimiyyətə gələcəksə, bu, Rusiyanın özündə "Maydan" hərəkatı ilə nəticələnəcək: "Meydanlarınızda onlarla belə Saakaşvilinin qaçmasını istəyirsiniz? Belə "Saakaşvili"lərin ölkəni qarışdırmasını istəyirsiniz? Bir "Maydan"dan digərinə keçməyimizi istəyirsiniz? Dövlət çevrilişi olmağını istəyirsiniz? Əminəm ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti bunu istəmir və buna imkan verməz".
Onun sözlərinə görə, prezident seçkilərində rəqabət olmalıdır və bu, olacaq.
768 dəfə oxundu