Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsi amili olub.

NBU-dan verilən açıqlamada bildirilir ki, "ortamüddətrli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək". Qərardan sonra Ukraynada dolların 0,85% ucuzlaşaraq məzənnə 27,03 qrivnaya düşüb.
Qeyd edək ki, oktyabr ayının 26-da NBU uçot dərəcəsini 12,5%-dən 13,5%-ə yüksəldib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...