Xoşbəxtlik naziri cinayət axtarışa verildi: cinayətdə şübhəli bilinir

Xoşbəxtlik naziri cinayət axtarışa verildi:

Hindistanın ikinci ən böyük əyaləti olan Madhiya Pradeşdə əhalinin xoşbəxtliyinə cavabdeh olan xoşbəxtlik naziri Lal Sinx Arya 8 il öncə törədilən cinayətin şübhəlisi olaraq axtarışa verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 2009-cu ildə müxalif siyasətçinin ölümündə şübhəli şəxs olaraq bilinir. Nazir daha öncə bu ittihamları rədd etsə də, məhkəmə onun barəsində saxlanılma qərarı çıxarıb. Sinxin yanvarın 19-da məhkəməyə çıxması tələb olunur. Polisdən yerli mətbuata verilən məlumata görə, o, çərşənbə axşamından bəri axtarılsa da, harada olması ilə bağlı dəqiq məlumat yoxdur.

Fransanın AFP nəşrinə açıqlama verən bir polis əməkdaşı isə naziri yaxın zamanda tapılacaqlarına əmin olduqlarını söyləyib.

Qeyd edək ki, Madhiya Pradeş Hindistanın yeganə Xoşbəxtlik Nazirliyi olan əyalətidir. Nazirlik 2016-cı ildə yaranıb və o vaxtdan bu vəzifəni icra edən Sinx Arya əhalinin özünü xoşbəxt hiss etməsinə görə cavabdeh şəxsdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...