Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm - Prezident

Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm -

Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək.

Trend-in məlumatına görə, daha öncə Moldova prezidenti 6 nazirin istefasını təsdiq edib.

Yeni namizədlərlə bağlı Dodon deyib: "Hakimiyyətdən uzaqlaşdırılsam da, pis nüfuza malik şəxslərin namizədliyini təsdiq etmərəm. Bu, Moldova Demokratik partiyasının böyük səhvidir ki, keçmişdə adı bank firıldaqlarında hallanan şəxslərin namizədliyini nazir postuna irəli sürürlər".

Qeyd edək ki, ötən gün baş nazir Pavel Filip nazirlərin istefaya göndərilməsi ilə bağlı prezidentə müraciət etmişdi.Qərara əsasən, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmık, səhiyyə, əmək və sosial müdafiə naziri Stela Qriqoraş, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasili Bıtka və ədliyyə naziri Vladimir Çebotar istefaya göndərilib.

Bundan başqa, baş nazirin müavini Gerogi Balan da istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...