Rusiyanın Baş Qərargah rəisi: “ABŞ Suriyada terrorçular hazırlayır”

Rusiyanın Baş Qərargah rəisi:

ABŞ Suriyada yerləşən “Ət Tanf” hərbi bazasında İŞİD terrorçularını hazırlayır.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.


“Bu baza Suriyanın cənubundadır, Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlanırlar”, - deyə Gerasimov qeyd edib.

Baş Qərargah rəisinin sözlərinə görə, Suriyanın “Şəddadi” düşərgəsində də terrorçular var: “Oradakı silahlılar faktiki olaraq İŞİD terrorçularıdır. Həmin dəstələr “rəngini” və adını dəyişərək, məsələn “Yeni Suriya Ordusu”na çevrilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...