Bəşər Əsədin ordusu 8 günə 5 general itirdi

Bəşər Əsədin ordusu 8 günə 5 general itirdi

Virtualaz.org “WarJournal” telegram-kanalına istinadən xəbər verir ki, son 8 gün ərzində Suriyanın hökumət ordusu beş briqada generalını itirib.

Mənbəyə görə, bu gün Suriya Quru qoşunlarının briqada generalı, Hepard ləqəbli Heydər Həsən dünyasını dəyişib. O, bir neçə gün öncə Suriyanın Xarasta şəhərindəki hərbi baza uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.

Yanvarın 3-də daha bir general – İbrahim Yunus Dabrah həyatını itirmişdi. Onun da Xarastadakı döyüşlərdə yaralandığı bildirilir.

Daha öncə terrorçularla döyüşlərdə daha üç briqada generalının – Həbib Məhrəz Yunis, Məhəmməd Cenad və Əli Diopun həlak olduğu xəbər verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...