Əsədin arvadı erməniləri ziyarət etdi

Əsədin arvadı erməniləri ziyarət etdi

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl Əsəd “Erebuni” Suriya Ermənilərinə Xaç Yardımı təşkilatının Dəməşq filialını ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. O, görüş zamanı xeyriyyə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Suriyada 100 min erməni yaşayır. Onların böyük hissəsi Hələb şəhərində məskunlaşıblar.

Suriya hakimiyyəti müxtəlif vaxtlarda ölkədəki ermənilərdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edib. Hətta Dəməşq ASALA terror təşkilatına Suriyada hazırlıq üçün geniş imkanlar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...