Ermənistan hakimiyyətində böhran - Nazir istefa verdi

Ermənistan hakimiyyətində böhran -

Ermənistanın enerji infrastruktur və təbii ehtiyatlar naziri Aşot Manukyan istefaya gedib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, nazirin mətbuat katibi Basak Tarpoşyan faktı təsdiqləyib. Ancaq deyib ki, hələlik nazir vəzifənin icrasını davam etdirir. “O, bu gün hökumətin iclasında iştirak edib. Ancaq istefanın səbəbləri hələlik məlum deyil”- Tarpoşyan əlavə edib.

A.Manukyan 2016-cı ildən nazir postunu tuturdu.

Belə görünür ki, prezident seçkiləri öncəsi Ermənistandakı böhran və xalq etirazlarının artması hakim düşərgədə də çat yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...