“Fırtına”lar işə düşdü, Türkiyə ordusu Afrində PKK/PYD-ni bombalayır

“Fırtına”lar işə düşdü,

Türkiyə Silahlı Qüvvələri Kilis sərhədindən PKK/ PYD mövqelərini top atəşləri ilə vurur.
Avropa.info xəbər verir ki, TSK Afrin əməliyyatı öncəsi Kilis sərhədindən terror təşkilatı PYD-nin mövqelərini Fırtına topları ilə bombalayır.

Məlumatlara görə, dünən gecə Türkiyə ordusu PYD-nin 7 mövqeyini vurub. Bu gün səhər saatlarından PKK/PYD-nin mövqeləri yenidən top atəşinə tutulub. Türkiyə mətbuatının yazdığına görə, Kilis sərhədindən PYD-nin mövqelərindən tüstünün yəksəldiyi görünür.

Qeyd edək ki, Türkiyənin Afrində terror təşkilatı PKK/PYD-yə qarşı əməliyyat həyata keçirəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...