Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Türkiyənin Kilis əyaləti Suriya ərazisindən raket atəşinə tutulub.

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, üç raket Kilis şəhərinin mərkəzinə düşüb. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Məlumata görə, zərbə nəticəsində bir neçə binaya ziyan dəyib. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...