ABŞ Əfqanıstana əlavə 1000 hərbçi göndərəcək

ABŞ Əfqanıstana əlavə 1000 hərbçi göndərəcək

ABŞ bu ilin yazında Əfqanıstana min nəfərlik əlavə hərbi kontingent göndərməyi planlaşdırır.

APA-nın “Washington Post”-a istinadən verdiyi xəbərə görə, bununla da Əfqanıstanda ABŞ hərbçilərinin ümumi sayı 15 min nəfər təşkil edəcək.

Bildirilir ki, ABŞ müdafiə naziri Ceyms Mettis hələlik bu barədə əmr imzalamayıb. Ancaq ABŞ ordusunun hərbi rəhbərliyi bu təşəbbüsü dəstəkləyib. Hazırda Əfqanıstana hansı növ hərbi personalın göndəriləcəyi məsələsi həll olunur.

Məlumata görə, bu təşəbbüs regionda "Taliban" əleyhinə əməliyyatları aktivləşdirməyə yönəlib.

Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanda 2001-ci ilin oktyabr ayından xidmət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...