“Türkiyə ABŞ-a meydan oxuyur” – “Financial Times”
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı dünya mətbuatında əks-səda verib.
Avropa.info xəbər verir ki, hərbi əməliyyat ABŞ və Avropa mətbuatında geniş yer tutub. İngiltərənin “Financial Times” qəzeti isə əməliyyatı “Türkiyə ABŞ-a meydan oxuyur” başlığı ilə verib. Çap olunan analitik yazıda Türkiyənin müttəfiqi ABŞ-la YPG məsələsində anlaşa bilmədiyi və bu səbəbdən ABŞ-a meydan oxuyaraq hərəkatı başlatdığını bildirib. “Financial Times” Afrindəki hərbi əməliyyatın Yaxın Şərqdə yeni cəbhələr açması ilə birgə ABŞ-la münasibətləri daha da gərginləşdirə biləcəyini yazıb.
Qəzet ABŞ və Türkiyə arasındakı münasibətlərin gərginləşməsinin əsas səbəblərindən biri kimi Vaşinqtonun 30 min nəfər PYD/YPG üzvündən “Suriya Sərhəd Qüvvələri” adlı hərbi birləşmə yaratmaq istəməsi bəyanatını göstərir.
ABŞ Afrindəki qrupların koalisiyanın bir parçası olmadığını iddia etsə də, Türkiyənin bu addımı bağışlamayacağını qeyd edən FT keçən həftənin sonundan etibarən Suriya sərhədində əməliyyatların keçirilməsinə diqqət yetirib.
830 dəfə oxundu