Afrində erməni YPG terrorçusu saxlanılıb

Afrində erməni YPG terrorçusu saxlanılıb

Suriyanın şimalında yerləşən Afrində keçirilən əməliyyat çərçivəsində Türkiyə hərbi qulluqçuları tərəfindən erməni terrorçu saxlanılıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər xəbər verir ki, bu hadisə Türkiyə Silahlı Qüvvələri Afrində PKK və YPG terror təşkilatına qarşı həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı çərçivəsində baş verib.

Türkiyə Silahlı Qüvvələrinin hərbçi qulluqçuları YPG sıralarında döyüşən erməni terrorçunu ələ keçirib.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də 70 təyyarənin iştirak etdiyi aviazərbələrlə başlayıb və artıq əməliyyatın ilk günü Afrində terrorçulara məxsus 113 hədəfdən 108-i məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...