Türkiyə ordusu terrorçuları darmadağın etdi

Türkiyə ordusu terrorçuları darmadağın etdi

Burseya dağı nəzarətə alındı. Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.

AzNews.az xəbər verir ki, bu barəfə Türkiyə mediası məlumat yayıb. Bildirlir ki, “Zeytun budağı” əməliyyatının 6-cı günündə Burseya dağı terrorçulardan təmizlənib.

Strateji əhəmiyyətə malik olan dağın təmizlənməsi istiqamətində günlərdir toqquşma gedirdi.

Türk tanklarının növbəti partiyası Afrinə doğru hərəkətə keçib. Burseya dağından sonra növbəti hədəf Bafelyun təpəsidir.

Terrorçular Türkiyənin sərhəddəki Kilis bölgəsində mülki əhalini raket atəşinə tutmaq üçün bu təpədən istifadə edir.

Son məlumatlara görə, Türkiyə ordusu ard-arda zəfər qazanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...