Fidel Kastronun oğlu intihar edib

Fidel Kastronun oğlu intihar edib

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart intihar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fidel Anxel Kastro bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub, daha sonra ambulator rejimə keçirilibmiş.

Alim intihardan etməzdən əvvəl məktub yazıb.

Qeyd edək ki, 68 yaşlı Fidel Anxel Kastro Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...