Ermənistanda yezidi üsyanı: Məktəblər boykot edildi

Ermənistanda yezidi üsyanı:

Ermənistanın Şirak vilayətinin Azatan kəndinin yezidi sakinləri etiraza qalxıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sakinlər ölkədə 12 illik tədris sisteminin tətbiqinə etiraz olaraq uşaqları məktəbə getməyə qoymurlar.

Valideynlər məktəb direktorunu onların ailə işlərinə qarışmamağa çağırıb, övladlarını məktəbə buraxmayacaqlarını deyiblər.

Yezidi ailələr uşaqların məktəbə getməməsini sosial vəziyyətin çətinliyi və erkən nikahlarla əlaqələndiriblər. Bildirilib ki, onların sosial problemləri həll olunmasa, məktəblərdən birdəfəlik imtina edəcəklər.

Qeyd edilib ki, yeni tədris ili başlayandan 5-i qız olmaqla 7 şagird məktəbdən tamamilə imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...